Reklam resmi
Reklam resmi

Su xəttində qəza BAŞ VERİB

Su xəttində qəza BAŞ VERİB
Hadisə

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

Ajans.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, qəza şəhərin Əliqulu Qəmküsar küçəsini, Babək, Əlincə, 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Mövzular:
su xətti qəza

Digər Xəbərlər