Reklam resmi
Reklam resmi

Güclü külək Bakıda 40-a yaxın ağacı SINDIRDI

Güclü külək Bakıda 40-a yaxın ağacı SINDIRDI
Gündəm

Axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12:00-a şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb və ərazilər təmizlənib.

Mövzular:
ağaclar külək hava

Digər Xəbərlər