Bakıda marketdə ölüm HADİSƏSİ
Bakıda "Oba" marketdə ölüm olub.
Ajans.az xəbər verir ki, hadisə Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən “Oba” marketdə qeydə alınıb.
Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva marketdə qəfil ölüb.
Onun infarktdan öldüyü bildirilir.
Araşdırmalar aparılır.(Mənbə: Sfera.az)
Mövzular: