Reklam resmi
Reklam resmi

Xalq artistinin oğlu döyülməsi faktı araşdırılır- DİN

Xalq artistinin oğlu döyülməsi faktı araşdırılır- DİN
Hadisə

Bakıda mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğlu Artur Balıyev bir qrup şəxsin hücumuna məruz qalması ilə bağlı cinayət işi açılıb. 

Bu barədə DİN-in Mətbuat Xidmətindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət işinin icraatı DİN-in nəzarətindədir.

Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər — Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Mövzular:
Xalq artisti Yuri Balıyev

Digər Xəbərlər