Reklam resmi
Reklam resmi

Kürdəmirdə qadın qəza törətdi- XƏSARƏT alanlar var

Kürdəmirdə qadın qəza törətdi- XƏSARƏT alanlar var
Hadisə

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 32 yaşlı sürücü Pərvanə Əliyeva Bakı istiqamətində hərəkətdə olarkən "Toyota" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfər - sürücü və sərnişinlər; 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbi araşdırılır.

Mövzular:
Qəza

Digər Xəbərlər