Reklam resmi
Reklam resmi

AzMİU - nun yeni korpusu tikilir

AzMİU - nun yeni korpusu tikilir
Gündəm

Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün yeni korpus binası tikiləcək.

Ajans.az xəbər verir ki, bina Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında yerləşəcək.

Məlumata görə, Universitet tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsi artıq təqdim edilib və tezliklə binanın tikintisi barədə rəy veriləcək.

Qeyd edək ki, hazırda Universitet kampusu 5.56 ha sahəni əhatə edir və müasir infrastruktura malik 4 tədris binası, elmi-tədqiqat və tədris laboratoriyaları, elektron və əyani kitabxana, yeməkxanalar, muzey-sərgi salonları, idman kompleksini özündə cəmləşdirir.

Mövzular:
AzMİU Yasamal rayonu korpus

Digər Xəbərlər