Reklam resmi
Reklam resmi

Maşında yatan sürücünün TELEFONUNU OĞURLADILAR

Maşında yatan sürücünün TELEFONUNU OĞURLADILAR
Kriminal

Avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsünün avtomobildə yatmasından və qapının açıq olmasından istifadə edərək mobil telefonu gizlicə talayıb.

Araşdırma davam etdirilir.

Mövzular:
maşın oğurluq sürücü

Digər Xəbərlər