"Azərpoçt" maşını qəza törətdi - XƏSARƏT alanar var
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Ajans.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Azərpoçt MMC-jə məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: