Reklam resmi
Reklam resmi

Gürcüstan DTX-nın əməkdaşının meyiti TAPILDI

Gürcüstan DTX-nın əməkdaşının meyiti TAPILDI
Hadisə

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası yaxınlığında parkinq edilmiş avtomobildə meyit aşkarlanıb.

Ajans.az xəbər verir ki, həmin şəxsin intihar etdiyi ehtimal edilir.

Yayılan məlumatlara əsasən, o, DTX-nın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin əməkdaşı olub və avtomobilində odlu silahla özünü öldürüb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstanın Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb. Qurumdan bildirilib ki, hadisə yerinə baxış zamanı odlu silah və yan oturacaqda aşkarlanmış məktub müsadirə edilib.

Mövzular:
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Əməkdaş Ölüm

Digər Xəbərlər