Reklam resmi
Reklam resmi

Bakıda dəhşətli qətl- Oğul anasını amansızlıqla ÖLDÜRDÜ

Bakıda dəhşətli qətl- Oğul anasını amansızlıqla ÖLDÜRDÜ
Hadisə
344

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Sabunçu rayon prokurorluğundan məlumat verilib.

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Trendin məlumatına görə, Ağayeva Həyat Nəzər qızı Ağayev Emil Xanlar oğlunun anası olduğu bildirilir.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Mövzular:
cinayət ölüm

Digər Xəbərlər