Reklam resmi
Reklam resmi

Zəncirvari yol qəzası - Xəsarət alanlar var

Zəncirvari yol qəzası - Xəsarət alanlar var
Hadisə

Salyanda zəncirvari yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Qəza nəticəsində xəsarət alan yeddi nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Salyan Yol qəzası Ələt-Astara magistral yolu

Digər Xəbərlər