Fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLADI
Tikinti sahəsində fəhlə işləyən Asif Məmmədovun başına binanın yuxarı hissəsindən yük düşməsi nəticəsində aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, şəxsin iş zaman ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Məlumatda qeyd edilib ki, yanvarın 23-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mövzular: