Çətir tutan şəxs işdən ÇIXARILDI?- FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylinin 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərkən hava yağışlı olduğu üçün bir nəfər şəxsin ona çətir tutması medianın diqqətindən yayınmadı. Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər Xiyabanını ziyarət etmişdir. Ziyarət zamanı dövlət başçısı çətiri özü tutmuşdu.
Ajans.az xəbər verir ki, AMEA-dan Citypost.az-a adının açıqlanmasını istəməyən mənbənin verdiyi xəbərə görə,İsa Həbibbəyli ona çətir tutanı vəzifəsindən azad edib və başqa vəzifəyə keçib.
Səbəb isə budur ki, guya İsa Həbibbəyli özü istəmədiyi halda həmin şəxs ona çətir tutub və nəticədə ictimaiyyətin qınağına tuş gəlib.
Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O uzun müddət Akademiyanın vitse-prezidentinin xidmətində çalışıb.
Mövzular: