Reklam resmi
Reklam resmi

Əli Əsədov daha bir QƏRAR İMZALADI

Əli Əsədov daha bir QƏRAR İMZALADI
Siyasət
631

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edib.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliklərə əsasən, qərara yeni 1-1-ci hissə əlavə edilib. Həmin hissəyə görə, bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

Eyni zamanda, Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydasının 2-ci hissəsinin birinci cümləsindən “qəzeti” sözü çıxarılıb, həmçinin “Qeyd” hissəsi ləğv edilib.

Mövzular:
Əli Əsədov

Digər Xəbərlər