Reklam resmi
Reklam resmi

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
İdman

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Ajans.az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində yanvarın 22-də İsveçrədə "Yanq Boyz" və Fransanın "Lion" komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq.

Ə.Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

VAR-da Gilyermo Kuadra Fernandes, AVAR-da isə Nicat İsmayıllı olacaqlar.

Mövzular:
Əliyar Ağayev Təyinat

Digər Xəbərlər