Reklam resmi
Reklam resmi

Türkiyə bayrağına hücum ilə bağlı tədbir görüləcək- Ankara

Türkiyə bayrağına hücum ilə bağlı tədbir görüləcək- Ankara
Gündəm

Türkiyə bayrağına edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək.

Ajans.az xəbər verir ki,  YPG-nin Suriya tərəfindəki tərəfdarlarının Türkiyə bayrağına etdiyi hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.

Burhanəddin Duran qeyd edib ki, bu hücumla terrorsuz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq görünür:

“Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid, müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım qətiyyətlə cavablandırılacaq”.

Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.

Mövzular:
Türkiyə bayrağı Hücum Suriya

Digər Xəbərlər