Reklam resmi
Reklam resmi

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ZİYARƏT EDİB

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ZİYARƏT EDİB
Gündəm

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anmışlar.

Ajans.az xəbər verir ki, daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.

Mövzular:
20 Yanvar

Digər Xəbərlər