Lənkəranda faciə: maşın piyadanı vurub öldürdü
Lənkəranda baş verən qəzada piyada ölüb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: