Müəmmalı ölüm- Daha bir MEYİT TAPILDI
Şəmkirdə evin həyətində kişi meyiti tapılıb.
Ajans.az xəbər verir ki, hadisə səhər saat 7 radələrində rayonun Mahmudlu kəndində qeydə alınıb.
Kənd sakini 64 yaşlı Mehman İsrayıl oğlu Qurbanovun meyiti yaşadığı evin həyətində ailəsi tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.(mənbə: lent.az)