Reklam resmi
Reklam resmi

Qayda pozan "Changan" sürücüsünə AĞIR CƏZA

Qayda pozan \"Changan\" sürücüsünə AĞIR CƏZA
Gündəm

Gəncə şəhərində "Changan" markalı avtomobilin sürücüsü sosial şəbəkə hesabında yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozan videogörüntülər paylaşıb.

Ajans.az xəbər verir ki, məsələ ilə bağlı gencexeber.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sözügedən görüntülərlə bağlı 2025-ci ilin dekabr ayında Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində "Changan" markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən sürücü Ə.Rəhimov saxlanılıb.

"Araşdırmalar zamanı sürücünün avtomobilinə əlavə səs siqnalı quraşdırdığı da müəyyən edilib. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub", - qurum rəsmisi qeyd edib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
changan sürücü Gəncə

Digər Xəbərlər