Reklam resmi
Reklam resmi

Dəhşətli QƏZA: XƏSARƏT ALANLAR VAR

Dəhşətli QƏZA: XƏSARƏT ALANLAR VAR
Hadisə

Şəmkirdə yol qəzası olub.

Ajans.az xəbər verir ki,hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton maneyə çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Avtomobildə olan 2 nəfər sıxılmış vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən deformasiyaya uğrayan avtomobildən 2 nəfər xilas edilib.

Xəsarət alanlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal yaralılar yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır./unikal

Mövzular:
Şəmkir hadisə

Digər Xəbərlər