Reklam resmi
Reklam resmi

Bakıda maşın qaçıran şəxs saxlanıldı

Bakıda maşın qaçıran şəxs saxlanıldı
Kriminal

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.

Ajans.az xəbər verir ki,bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.

Araşdırma davam etdirilir.

Mövzular:
Binəqədi rayonu “VAZ-2107” markalı avtomobil

Digər Xəbərlər