Maşın mal-qaraya çırpıldı- 3 nəfər XƏSARƏT ALIB
Goranboy rayonunda avtomobil mal-qaraya çırpılıb.
Ajans.az xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ" markalı avtomobil mal-qaraya çırpılıb. Qəza nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb və onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Mənbə: report)
Mövzular: