“Qarabağ” – “Ayntraxt” matçının biletləri bu tarixdə satışa çıxır
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.
Ajans.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.
Standart biletlərin qiyməti:
VIP sektorlar: 200, 250, 300 və 400 AZN VVIP sektorlar: 1000 AZN
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın.
Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.