Reklam resmi
Reklam resmi

Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə BAXIŞ KEÇİRİLDİ

Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə BAXIŞ KEÇİRİLDİ
Siyasət

Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Mövzular:
dəmir yolu

Digər Xəbərlər