Reklam resmi
Reklam resmi

Misir təyyarəsi Ermənistan hava məkanı vasitəsilə Bakıya UÇUB

Misir təyyarəsi Ermənistan hava məkanı vasitəsilə Bakıya UÇUB
Siyasət

Misirdən Azərbaycana gələn CASA C295 tipli hərbi-nəqliyyat təyyarəsi Bakıya uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.

Ajans.az xəbər verir ki,bu barədə Ajans.az Sputnik Armenia-ya istinadən məlumat yayıb.

Məlumata görə, adətən silah daşıyanlar da daxil olmaqla hərbi təyyarələr Azərbaycana Türkiyə və Gürcüstan üzərindən uçur. Ermənistan hava məkanından keçən qeyri-mülki təyyarələr (rəsmi və hərbi daxil olmaqla) isə Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi icazəsini almalıdır.

Qahirə–Bakı reysinin 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirildiyi bildirilir. Həmin gün təyyarə eyni marşrutla — Ermənistan hava məkanı üzərindən — Misirə geri qayıdıb.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə qeyd olunub ki, Qahirədən Ermənistan hava məkanı vasitəsilə Bakıya uçan təyyarə sərnişin təyyarəsi olub və yüksək vəzifəli şəxsi Azərbaycana daşıyıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Misir Azərbaycan

Digər Xəbərlər