Reklam resmi
Reklam resmi

Ölkəyə qanunsuz qızıl GƏTİRMƏK İSTƏDİLƏR

Ölkəyə qanunsuz qızıl GƏTİRMƏK İSTƏDİLƏR
Kriminal

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Ajans.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

Mövzular:
qızıl gömrük

Digər Xəbərlər