Reklam resmi
Reklam resmi

Şəhidlər xiyabanında hörmətsizlik edən əcnəbilərin NARAZILIĞI

Şəhidlər xiyabanında hörmətsizlik edən əcnəbilərin NARAZILIĞI
Siyasət

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammad barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

Ajans.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar iki il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.

İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.(Mənbə: report)

Mövzular:
Ərəblər

Digər Xəbərlər