Reklam resmi
Reklam resmi

Piyadanın ölümünə görə cinayət işi AÇILDI

Piyadanın ölümünə görə cinayət işi AÇILDI
Hadisə

Dünən saat 17 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Ramis Hacıyev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən piyada, 1966-cı il təvəllüdlü Yuxarı Ləki kənd sakini Əvəz Şərifovu vurub.

Ajans.az xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mövzular:
Ağdaş rayonu hadisə

Digər Xəbərlər