Gəncədə iki avtomobil toqquşdu- YARALILAR var
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az-ın məlumatına görə, qəza Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər 2002-ci il təvəllüdlü S. Məmmədov və 2001-ci il təvəllüdlü E. Bayramovdur. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: