Reklam resmi
Reklam resmi

İranda risk ARTMAQDADIR- Azərbaycana necə təsir EDƏCƏK?

İranda risk ARTMAQDADIR- Azərbaycana necə təsir EDƏCƏK?
Siyasət

Keçən ilin dekabr ayının sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar baş qaldırdı. Ölkə ərazisində ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb. Son 10 gün ərzində isə, 27 əyalətin 92 şəhərində, 22 universitet də daxil olmaqla 285 yerdə etiraz aksiyaları keçirilib. Etirazlarda 38 nəfər ölüb, 2076 nəfər həbs edilib.

Bəs bu proseslər İranın regionda mövqeyinə necə təsir edəcək?

Mövzu ilə bağlı deputat Aydın Mirzəzadə Ajans.az-a açıqlama verib.

Deputat bildirib ki, İranda son günlər  baş verən iğtişaşlar onun daxili məsələsidir. Bunun həllinə də məhz, İranın özü çarə tapa bilər. Lakin İranın regionda apardığı siyasət onun daxilindən qaynaqlanır. 

Yaxın Şərq daim dünya güclərinin maraq göstərdiyi və iştirak etdiyi ərazi hesab olunur.  İranda bu əraziyə yaxın olduğu üçün bu proseslərdə aktiv mövqeyə malikdir. İran burada da daxili siyasətindən irəli gələrək addım atmalıdır. 

Aydın Mirzəzadə deyib ki, enerji, nəqliyyat layihələri dövlət maraqlarına və daxili siyasətə tam uyğun gəlməlidir. Dünya nəqliyyat qovşağının böyük bir hissəsi İran ərazisindən keçir. Bu baxımdan,  bu tip layihələrin zəifləməsi birbaşa İran üçün təhlükə sayılır. 

Lakin hansı formada iştirak edəcəyi və qoyacağı təşəbbüslər tam bəlli deyil. 

O ki, qaldı Azərbaycanın mövqeyi və talehi. Azərbaycan İranla daim müsbət qonşuluq əlaqələrinə davam edir. İki ölkə arasında yeni layihələrin olması İran və Azərbaycanın Qafqazda mövqeyinə təkan verir.

author picture
Zərif Sofiyeva
Mövzular:
İran İğtişaşlar daxili siyasət Azərbaycan Təsir

Digər Xəbərlər