Afaq Rəsulovanı Bakıda MAŞIN VURDU
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Səlim Əliyev idarə etdiyi “Mercedes Benz e400” markalı avtomobillə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Rəsulovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mövzular: