Reklam resmi
Reklam resmi

Minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR

Minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR
Hadisə

Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Xaçmaz Minik avtomobilləri Gəndob-Yalama yolu Müzəffəroba kəndi Qəza

Digər Xəbərlər