Dəhşətli qəza: Xəsarət alanlar var- GÖRÜNTÜLƏR
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ajans.az xəbər verir ki, “VAZ 2107” markalı avtomobil ilə “Changan” markalı avtomobil toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü - 2004-cü il təvəllüdlü Vahid Zeynalov və onun həmyaşıdı Xəyal Atayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Onlara ilkin yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
View this post on Instagram
Mövzular: