Reklam resmi
Reklam resmi

MDB-nin Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq

MDB-nin Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq
Siyasət

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası 2026-cı ildə Düşənbədə keçiriləcək.

Ajans.az xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat mərkəzi məlumat yayıb. 

Sessiya zamanı MDB ölkələrinin Daxili İşlər Nazirlikləri arasında ilkin əməkdaşlıq perspektivlərinin, cinayətkarlığa qarşı mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi yollarının, eləcə də tərəfdaş ölkələrin nazirlikləri arasında qarşılıqlı fəaliyyətin digər cari məsələlərinin müzakirəsi planlaşdırılır.

Mövzular:
(MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurası növbəti iclas Düşənbə

Digər Xəbərlər