Reklam resmi
Reklam resmi

İcra başçısı 4 ildir müavin tapa bilmir - FOTO

İcra başçısı 4 ildir müavin tapa bilmir - FOTO
Siyasət
346

Cəbrayıl Rayon İcra Hakimiyyətində birinci müavin yeri vakantdır. Rayonun icra başçısı Kamal Həsənov 4 ilə yaxındır bu vəzifəyə heç kəsi təyin etməyib.

Ajans.az xəbər verir ki, əvvəllər icra başçısının birinci müavini vəzifəsində Arif Fərzəliyev çalışıb. Amma o, 10 fevral 2022-ci ildə Yeni Azərbaycan Partiyasının Cəbrayıl rayon təşkilatının sədri təyin olunduğu üçün postundan uzaqlaşdırılıb. Ötən müddət ərzində onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Cəbrayıl Rayon İcra Hakimiyyətində Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrində də 3 yer vakantdır.(Mənbə: metbuat.az)

Fotoda: Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov

Mövzular:
İcra müavin təyinat

Digər Xəbərlər