Reklam resmi
Reklam resmi

Telejurnalist Nailə Əkbərova VƏFAT ETDİ

Telejurnalist Nailə Əkbərova VƏFAT ETDİ
Hadisə
507

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.

 Ajans.az xəbər verir ki, bu barədə telejurnalistin yaxınları məlumat paylaşıb.

Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb.1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən “TRT” televiziyasının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.

Allah rəhmət etsin!

Mövzular:
Nailə Əkbərova Vəfat

Digər Xəbərlər