Reklam resmi
Reklam resmi

Prezident Qi Parmölənə başsağlığı verdi

Prezident Qi Parmölənə başsağlığı verdi
Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

Ajans.az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Mövzular:
İlham Əliyev Qi Parmölən başsağlığı məktubu

Digər Xəbərlər