Xətai İcra Başçısı ilə bağlı qalmaqal böyüyür: Şəhid ailələrini, Qaziləri…
Sabiq deputat Etibar Hüseynov şəxsi facebook hesabında müğənni Röya Ayxanın ötən gün Xətai rayon İcra hakimiyyətində təntənəli qarşılanmasına öz fikirlərini bildirib.
Ajans.az xəbər verir ki, deputat qeyd edib ki, müğənninin geyimi həmin görüşün məzmununa uyğun gəlmir. Üstəlik icra başçısının müavinləri ilə Röyanı müşayiət etməsi gülüncdür.

“ İndi bu nə düşüklükdü, bu nə bambıllıqdı? Bu əbləhlər qəbuluna gələn Qaziləri, Şəhid ailələrini heç İH binasının içərisinə girməyə imkan vermirlər e. O da qala aşağıya düşüb pişvazına çıxmaq...” deyə, Etibar Hüseynov söyləyib.

Mövzular: