Şeyma Subaşı saxlanıldı
Türkiyənin sosial media fenomeni Şeyma Subaşı İstanbul Hava Limanında saxlanılıb.
Ajans.az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.
Onun ABŞ-dən Türkiyəyə qayıdarkən aeroportda saxlanıldığı bildirilir.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik təhqiqatı çərçivəsində Şeyma Subaşı barəsində saxlanılma qərarı verilmişdi.
Mövzular: