Reklam resmi
Reklam resmi

Hacıqabuld avtomobili aşdı - 3 nəfər YARALANDI

Hacıqabuld  avtomobili aşdı - 3 nəfər YARALANDI
Hadisə

Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Hacıqabul Qəza

Digər Xəbərlər