Reklam resmi
Reklam resmi

Azərbaycan vətəndaşları Gürcüstanda HƏBS EDİLDİ- ARAŞDIRMA APARILIR

Azərbaycan vətəndaşları Gürcüstanda HƏBS EDİLDİ- ARAŞDIRMA APARILIR
Kriminal
332

Marneulidə qızıl əşyalarını dələduzluq yolu ilə əldə etdiklərinə görə iki Azərbaycan vətəndaşı həbs edilib.

Ajans.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki,1987 və 1983-cü il təvəllüdlü şəxslər (A.M. və İ.M.) Marneuli bələdiyyəsinin bir vətəndaşını dələduzluq yolu ilə qızıl əşyalar əldə etməkdə günahlandırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər ikisini həbs ediblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan 180-ci maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan Gürcüstan

Digər Xəbərlər