Göygöldə dəhşətli qəza- Çox sayda YARALI var
Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib.
Ajans.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “QAZ 3110” ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində 1977-ci il təvəllüdlü F. Quliyev, 1982-ci il təvəllüdlü K. İsmayılova və 1977-ci il təvəllüdlü Z. Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır
Mövzular: