Bəhreyndə Azərbaycan səfirliyi gələn il AÇILACAQ
Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.
Ajans.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var. Ancaq prosedurlar həyata keçirilmədən bu barədə məlumatı indidən bölüşməyi düşünmürük", - o əlavə edib.
Mövzular: