Reklam resmi
Reklam resmi

5 ölkə ilə vizaların ləğvi GÖZLƏNİLİR

5 ölkə ilə vizaların ləğvi GÖZLƏNİLİR
Siyasət

"Hazırda vizaların qarşılığlı ləğvi ilə bağlı 5 ölkə ilə danışıqlar gedir".

Ajans.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"Son illər Albaniya, Serbiya, BƏƏ, Qətər, Marakeş, Çinlə vizalar ləğv edilib. 2025-ci il ərzində diplomatik və xidməti pasport sahiblərinin vizadan azad olunmasına dair müxtəlif ölkələrlə 10 yeni saziş imzalanıb. Hazırda bu kateqoriya üzrə vizasız rejim tətbiq olunan ölkələrin ümumi sayı 74-ə çatıb.

Bundan əlavə, hazırda 5 ölkə ilə vizadan azadolunma ilə bağlı danışıqlar aparılır. Biz ümid edirik ki, 2026-cı ildə bu siyahıya yeni ölkələrin də əlavə olunacağı ehtimal edilir”,-deyə, nazir çıxışında bildirib.

author picture
Zərif Sofiyeva
Mövzular:
XİN

Digər Xəbərlər