Reklam resmi
Reklam resmi

Millimizin sabiq futbolşusu HƏBS OLUNDU

Millimizin sabiq futbolşusu HƏBS OLUNDU
İdman
575

Azərbaycan milli futbol komandasının keçmiş üzvü İsmayıl Karakaş Türkiyədə həbs edilib.26 yaşlı futbolçu Türkiyə futbolunda qanunsuz mərc əməliyyatları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Ajans.az Haberler.com-a istinadən xəbər verir ki, Karakaş qanunsuz mərc oyunlarında iştirak etməkdə ittiham olunur. O, öz komandasının oyunları zamanı rəqib komandaların qalib gəlməsi üçün mərc etməyə cəhd göstərməkdə şübhəli bilinir.

Hazırda Karakaş Türkiyənin dördüncü liqasında çıxış edən Erciyes 38 klubunda oynayır. Onun klubla müqaviləsi gələn yay başa çatacaq.

Trabzonda anadan olan Karakaş bir neçə Türkiyə klubunda çıxış edib. O, Azərbaycan milli komandasında 17 yaşadək futbolçulardan ibarət komandada 11 oyun, 19 yaşadək komandada isə 3 oyun keçirib.

Bu hadisə Türkiyə futbolunda qanunsuz mərc fəaliyyətlərinə qarşı aparılan mübarizənin davamı olaraq qiymətləndirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsmayıl Karakaş Türkiyə

Digər Xəbərlər