Reklam resmi
Reklam resmi

Vətəndaşımız Almaniyada QƏZA törətdi

Vətəndaşımız Almaniyada QƏZA  törətdi
Hadisə

Almaniyada 32 yaşlı Azərbaycan vətəndaşı qəza törədib. 

Ajans.az xəbər verir ki, Gisen şəhərində yaşayan azərbaycanlı "Audi" markalı avtomobilini avtobus dayanacağına çırpıb.

Nəticədə 4 nəfər yaralanıb. Onlardan 64 yaşlı qadının vəziyyəti ağırdır. Sürücü saxlanılıb. 

"Audi" markalı avtomobilini idarə edən kişi əvvəlcə qarşıdan gələn nəqliyyat vasitələrinə, daha sonra isə dayanacağa çırpılıb.

Mövzular:
Almaniya Qəza

Digər Xəbərlər