Cəlilabadda avtomobil vuran qadın xəstəxanada öldü
Cəlilabad rayonunun Uzuntəpə kəndində avtomobil vuran qadın xəstəxanada ölüb.
Ajans.az xəbər verir ki, kənd sakini, 1947-ci il təvəllüdlü Quliyeva Südavər dünən axşam saatlarında avtomobil vurması nəticəsində xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: