Reklam resmi
Reklam resmi

Masazırda qızı zorla QAÇIRDILAR

Masazırda qızı zorla QAÇIRDILAR
Hadisə

Bu gün saat 17:30-da Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.

Ajans.az xəbər verir ki, “Qurtuluş 93” ünvanında naməlum şəxslər “Mercedes” markalı avtomobillə gələrək orada yaşayan gənc qızı zorla qaçırıblar.

Daha sonra ərazidən uzaqlaşıblar. Qız köməyə adam çağırsa da, faydası olmayıb.

Hadisə ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.(BAKU.WS)

Mövzular:
Qız Qaçırma

Digər Xəbərlər