Reklam resmi
Reklam resmi

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayır

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayır
Dünya

22 dekabr tarixində Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay uzadaraq, onları 31 iyul 2026-cı ilədək qüvvədə saxlayıb.

Ajans.az xəbər verir ki,bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat verib.

Qeyd edək ki, bu iqtisadi sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub və 2022-ci ilin fevral ayında əhəmiyyətli dərəcədə genişləndirilib. Sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks mallar sahələrini əhatə edən geniş sektoral tədbirləri əhatə edir.

Aİ Şurası bildirib ki, Rusiyaya qarşı yeni, 20-ci sanksiya paketi Yeni ildən qısa müddət sonra təqdim olunacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya

Digər Xəbərlər